- Müalicə prosesində stress mənfi faktordur. Həkiminizlə və yaxınlarınızla narahatlığınız haqqında danışın.
- Məsləhət görülən dərman müalicələrini dəqiqliklə həyata keçirməyə diqqət göstərin.
- Dərmanlarınızdan necə istifadə edəcəyinizi dəqiqləşdirin və ya səhv etdiyinizdən şübhələnirsinizsə, onda mərkəzə gedin və təsdiqlədin.
- Yadınızdan çıxartmayın; siz də müalicə qrupunun bir parçasısınız. Dəstədəki hamı öz rolunu yaxşı və doğru şəkildə oynamalıdır ki, nəticə müsbət olsun.
- Sağlamlığınıza diqqət yetirin. Qidalanmanız, yuxunuz indi daha da əhəmiyyətlidir. Nizamlı şəkildə qidalanın, tərəvəz, meyvə, bitki çayları və bolca mayedən istifadə etməyə diqqət yetirin. Gündə 8 saat yatmalısınız, gec yatmamalısınız və səhər tez durmalısınız.
- İşləyirsinizsə, sürətinizi bir az azaltmağa cəhd edin. Yorğunluq müalicənizə mənfi təsir göstərə bilər.
- Gün ərzində kiçik fasilələr verərək bədəninizi və ürəyinizi sakitləşdirməyə cəhd edin.
- İstifadə edəcəyiniz dərmanları yaxşı öyrənin və haradan nə vaxt təmin edəcəyinizi planlaşdırın. Müvafiq ünvan və telefonları qeyd edin.
- Siqaret çəkirsinizsə tərgitməlisiniz. Siqaret 13% nisbətində sonsuzluq səbəbidir və həm yumurta, həm də sperma keyfiyyətinə mənfi təsir göstərir.
- Stresslə baş etmə üsullarından faydalanın, zəifləmə texnikalarından istifadə edin. Dərin nəfəslər almaq, müsbət düşünmək, (xoşbəxt fikir anlayışı) təbiətdə gəzinti, diqqətinizi yayındıracaq xobbilərinizlə məşğul olmaq, gündəlik tutmaq yaxşı nəticə verər.
- Bütün səylərinizə baxmayaraq stress və narahatlığınız artırsa, onda Professional kömək almalısınız. Psixoloq və ya psixiatr vasitəsiylə daha rahat bir müalicə dövrü keçirə bilərsiniz.
- Müvəffəqiyyətli olacağınıza inanın. Müsbət konsentrasiya və inanmaq müvəffəqiyyətin ilk addımlarıdır.