Balon Körpədə Müvəffəqiyyət Üçün Qızıl kimi Məsləhətlər
Müalicə prosesində stress mənfi faktordur. Həkiminizlə və yaxınlarınızla narahatlığınız haqqında danışın.
Məsləhət görülən dərman müalicələrini dəqiqliklə həyata keçirməyə diqqət göstərin.
Dərmanlarınızdan necə istifadə edəcəyinizi dəqiqləşdirin və ya səhv etdiyinizdən şübhələnirsinizsə, onda mərkəzə gedin və təsdiqlədin.
Yadınızdan çıxartmayın; siz də müalicə qrupunun bir parçasısınız. Dəstədəki hamı öz rolunu yaxşı və doğru şəkildə oynamalıdır ki, nəticə müsbət olsun.
Sağlamlığınıza diqqət yetirin. Qidalanmanız, yuxunuz indi daha da əhəmiyyətlidir. Nizamlı şəkildə qidalanın, tərəvəz, meyvə, bitki çayları və bolca mayedən istifadə etməyə diqqət yetirin. Gündə 8 saat yatmalısınız, gec yatmamalısınız və səhər tez durmalısınız.
İşləyirsinizsə, sürətinizi bir az azaltmağa cəhd edin. Yorğunluq müalicənizə mənfi təsir göstərə bilər.
Gün ərzində kiçik fasilələr verərək bədəninizi və ürəyinizi sakitləşdirməyə cəhd edin.
İstifadə edəcəyiniz dərmanları yaxşı öyrənin və haradan nə vaxt təmin edəcəyinizi planlaşdırın. Müvafiq ünvan və telefonları qeyd edin.
Siqaret çəkirsinizsə tərgitməlisiniz. Siqaret 13% nisbətində sonsuzluq səbəbidir və həm yumurta, həm də sperma keyfiyyətinə mənfi təsir göstərir.
Stresslə baş etmə üsullarından faydalanın, zəifləmə texnikalarından istifadə edin. Dərin nəfəslər almaq, müsbət düşünmək, (xoşbəxt fikir anlayışı) təbiətdə gəzinti, diqqətinizi yayındıracaq xobbilərinizlə məşğul olmaq, gündəlik tutmaq yaxşı nəticə verər.
Bütün səylərinizə baxmayaraq stress və narahatlığınız artırsa, onda Professional kömək almalısınız. Psixoloq və ya psixiatr vasitəsiylə daha rahat bir müalicə dövrü keçirə bilərsiniz.
Müvəffəqiyyətli olacağınıza inanın. Müsbət konsentrasiya və inanmaq müvəffəqiyyətin ilk addımlarıdır.