skip to Main Content

Hal hazırda texnologiyanın təkmilləşməsiylə süni mayalanma müalicəsi ilə əldə edilən embriyolardan (döllənmiş yumurtalardan ) biopsi metodu ilə alınan hüceyrə ilə işlənərək o embriyonun qız yoxsa oğlan olduğunun öyrənilməsi əməliyyatına cinsiyət seçimi deyilir.

gender-selection

Ailə istər uşaq sahibi olsun və ya olmasın qanuni olaraq cinsiyət təyini metoduna müraciət edərək yaranacaq hamiləlikdə cinsiyət seçimi edə biləcəklər. Cinsiyət seçimi tətbiqləri təqribən 15 ildir Kiprdə qanuni olaraq tətbiq edilməktədir. Dünyada, xüsusilə Avropa ölkələrində cinsiyət seçimi qanuni olmadığı üçün çox sayda ailə cinsiyət təyini məqsədiylə mərkəzimizi seçirlər.

Kiprdə Cinsiyət Seçimi Müalicəsi

Cinsiyət seçimi etmək istəyən ailələr uşaq sahibi olsunlar və ya olmasınlar əvvəla süni mayalanma müalicəsinə başladılır. Birinci hədəf qadının tək bir ədəd dövründə çox sayda yumurta verməsini təmin etməkdir. Bu səbəblə xəstə yaşadığı şəhərdə ön müalicə üçün həkimə yönləndirilir. Müayinə təmin edildikdən sonra süni mayalanma əməliyyatına maneə yoxdursa müalicəyə başlanılır. Ön müalicə qadının adət dövrünün 2-ci və ya 3-cü günü başlayaraq təxminən 10 gün çəkən bir dərman müalicəsidir. Bu müddət ərzində həkim nəzarətində olmaq olduqca əhəmiyyətlidir. Ön müalicənin tamamlanmasından sonra ailənin Kiprdəki süni mayalanma və cinsiyət seçimi müalicəsinə keçilir. Cinsiyət seçimi üçün lazım olan müddər 1 həftədir.

Ön müalicələrin nəzarətində Kiprdə olmasını istəyən ailələr üçün xüsusi avantajlı otel anlaşmalarımız mövcuddur. Xüsusilə Avropada yaşayan ailələr dərman qiymətlərinin çox bahalı olması səbəbiylə bütün müalicələri üçün Kiprə gəlməyi seçirlər. Bütün müalicə prosesinin Kiprdə olması üçün 20 gün vaxt ayırmaq lazımdır.

Cinsiyət Seçimi – Cinsiyət Təyini Müalicəsinin Kipr Prosesi

(Süni Mayalanma və Cinsiyət Müəyyən Etmə Mərhələsi)

Cinsiyət Seçimində Kiprdə sıra ilə;

  • Qadından yumurta hüceyrələrinin alınması,
  • (OPU) Qarşı cinsdən alınan sperma numunəsi ilə yumurta hüceyrələrinin ixtiyari döllənməsi,(mikroənjəksiyon)
  • Əldə edilən keyfiyyətli embriyoların 3-cü inkişaf günündə PGT ilə həm sağlamlıq həm də cinsiyət yönündən incələnməsi,
  • Embriyo inkişafının 5-ci günündə istənilən cinsiyətə aid sağlam embriyoların seçilməsi və ana rəhminə transferi tətbiq edilir.

Embriyo transferindən 12 gün sonra qanda ßHCG hormonuna baxılaraq hamiləlik nəticəsi öyrənilir.

Cinsiyət seçimi xüsusilə gənc xəstələrdə ( < 35 ) yumurta sayı və keyfiyyətinin yüksək olması səbəbiylə hamiləlik səviyyəsi çox yüksək bir süni mayalanma tətbiqidir. Müalicə sonrasında əldə edilən hamiləliklərdə körpənin sağlam olması və cinsiyətinin doğruluq nisbəti % 99.9-dir.

Cinsiyət Təyini Kipr

Cinsiyət seçimi müalicəsi sonrasında gözlənilən hamiləlik səviyyəsi xəstənin yaşına, doğurqanlığına, yumurta rezervinə, yaranacaq embriyolardan neçə dənəsinin sağlam və eyni zamanda ailənin istədiyi cinsiyətdə yaranacağına bağlı olaraq fərqlilik göstərir.

Müalicə prosesi xəstəxanada qalmağı gərəkdirmir. Bu səbəblə müalicə eyni zamanda xüsusilə yay aylarında yaxşı bir tətil fürsətini də yanında gətirir.

Niyə Cinsiyət Seçimi Üçün Kiprə gəlməliyəm?

  • Cinsiyət seçimi qanuni olaraq tətbiq olunur. Cinsiyət seçimi qiyməti bu müalicənin qanuni olduğu diğər ölkələrlə müqayisə edildikdə çox sərfəlidir. (Sərfəli Qiymət)
  • Cinsiyət seçimi barəsindəki təcrübə
  • Kiprin inanılmaz hava şəraiti və stresdən kənar bir tətil imkanı
  • Keyfiyyətli və modern süni mayalanma mərkəzində müalicə imkanı
Back To Top