skip to Main Content

Balon körpə müalicələrində dünyada ilk dəfə 1983-cü ildə dondurulub açılmış embrionlarla hamiləlik əldə edilə bilmişdir. İnsan embrionlarının dondurulması halhazırda bir çox köməkçi çoxalma müalicələri modullarının ayrılmaz bir hissəsi olaraq hesab edilir.

embryo-freezing

Bir dondurma proqramının əsas üstünlüyü, canlı normal embrionların tullanmaması və təzədən yumurtlatma müalicəsinə ehtiyac olmadan sonrakı bir siklusda ailəyə hamiləlik əldə edə bilmə imkanı verməsidir.

Embrion transplantasiya əməliyyatı tətbiq edildikdən sonra, əlimizdə artıq miqdarda və keyfiyyətli embrion qalmışsa, xəstənin istəyinə görə başqa vaxtlarda təzədən istifadə edilmək üçün dondurularaq saxlana bilər.

Embrion dondurulması, heç olmazsa bir çox embrionun həmin anda transplantasiyası üçün hazır vəziyyətdə olmasını qarantiya edər və xəstəni sonrakı balon körpə sınaqlarındakı fiziki narahatlıq, yumurtalıq hərəkətə keçirilməsinin xərci və yumurta yığılması əməliyyatlarından qurtarmış olar.

Artıq embrionların dondurulması xəstəyə həm qənaət, həm də psixolojik bir üstünlük təmin edir. Embrion dondurma əməliyyatı balon körpə tətbiqlərində müvəffəqiyyət imkanını artdıran bir əməliyyat olaraq da qiymətləndirilə bilər.

Normal balon körpə ile birgə yumurta ianəsi, sperma ianəsi və cins seçilən balon körpə müalicələrindən sonra transplantasiya edilən embrionlardan sonra, əlimizdə artıq miqdarda və keyfiyyətli embrion qalmışsa cütlüyün daha sonrakı uşağına qardaş/bacı istəməsi və ya müvəffəqiyyətsiz keçən sınaqdan sonra istifadə edilmək üzrə saxlana bilir.

Back To Top