skip to Main Content

Balon Körpə tətbiqi əsnasında embrionların genetik testinin edilməsiylə, ancaq sağlam olanların seçilib anaya transplantasiya edilməsi əməliyyatıdır. Bu tətbiqə preimplantasiya genetik diaqnoz deyilir.
pgd

PGT-nin Faydaları

  • Balon Körpə tətbiqinin müvəffəqiyyətini artdırar.
  • Klinika hamiləliyi faizini artdırar.
  • Hamiləliyin düşmə ilə nəticələnmə riskini azaldar.
  • Hamiləliyə tibbi cəhətdən xitam verilməsi zərurətini azaldır.
  • Çoxlu hamiləlik faizini azaldar.
  • Təkrarlayan müvəffəqiyyətsiz IVF sınaqlarının maddi yük və psixoloji təzyiqini azaldar.
  • Oğlan və ya Qız uşaq istəyən ailəyə istənilən cinsi seçmə hüququnu verər.

PGT Testi Necə Aparılır?

PGT testini etdirməyinizin lazım gəldiyi bir vəziyyət var isə, həkiminiz sizə bu müalicəni məsləhət görəcəkdir.

Sağlam embrionların seçilməsi bir qədər prosedura tələb edir;

  • Embriona 3-cü günündə biopsiya əməliyyatı tətbiq olunur. Hər birindən 1 və ya 2 dənə blastomer (hüceyrə) çıxardılır. Bu proses embrionlarınıza qətiyyən zərər verməz.
  • Çıxarılan bu hüceyrələr genetik laboratoriyaya göndərilərək üstündə genetik test aparılır. Nəticələr 6 – 12 saat daxilində müəyyən olunar.
  • Sağlam olan embrionun və ya cinsi tələb olunmuşsa cinsi müəyyənləşdirilən embrionun ana namizədinə transplantasiya olunması barədə hesabat verilir.

Sağlam olan və baxılan xəstəliyi olmayan embrionların transplantasiya edilmələri ile ana sağlam hamiləliyə başlamış olur.

PGT ilə Tədqiq edilə bilən xəstəliklər:

Tək Gen Xəstəlikləri

Ağdəniz Anemiyası
(ß-talasemiya)

Oraq Hüceyrə Anemiyası

Spinal Muskular Atrofiya (SMA)

Anadan gəlmə Eşitmə itkisi – Karlıq

Kistik Fibrosis

Nijmegen Sindromu

Leigh’s Sindromu

Pompe

Galaktosemiya

Niemann Pick

Otopalatodigital Sindromu

RH uyğunsuzluğu

MTHFR

Protrombin

Faktor V Leyden

Xromosomal defektlər

Down Sindromu

Edwards Sindromu

Patau Sindromu

Klinefelter Sindromu

Turner Sindromu

və digər bütün xromosomal defektlər

Toxuma uyğunlaşma testləri
HLA Tipləməsi

Back To Top