Coğrafi Yerləşmə: Orta Şərq, Ağ Dənizin Şimal Hissəsi
Ərazisi: 3,355 km² (Bütün Sahə 9,250 km²)
Əhalisi: 294,906(2013)
Paytaxtı: Lefkosa
Əməhiyyətli Şəhərlər: Lefkoşa, Girne, Mağusa, Güzelyurt, İskele, Lefke
Pul vahidi: Türk Lirası
Rəsmi dili: Türkçə. İngilis dili sıx olaraq istifadə olunur.
Dini : %99 Müsəlman
İqlim : Tipik Ağ Dəniz İqlimi
Qış aylarında ilıq keçən gündüzləri ümumiyyətlə sərin axşamlar izləyir. Yay aylarında isə havalar Türkiyənin cənub sahilləri kimi isti olur. Yaz və payız fəsilləri Kipri ziyarət etmək üçün ən gözəl zamanlardır. Kiprdə yazın Türkiyədən bir az daha əvvəl (Fevral sonlarında ) başladığını xatırladmaq istəyirik.
K.K.T.C-yə girmək için rəsmi əməliyyatlar
Pasport :
T.R. və xarici vətəndaşlar K.K.T.C.-yə etibarlılıq müddəti keçməmiş pasport ilə daxil ola bilərlər.
Şəxsiyyət vəsiqəsi:
T.R. vətəndaşları şəxsiyyət vəsiqələri ilə K.K.T.C.-yə ziyarətci məqsədi ilə daxil ola bilərlər. ( K.K.T.C.-yə Şəxsiyyət vəsiqəsindən başqa şəxsiyyəti göstərən hər hansı bir vəsiqə kartı ilə daxil ola bilməzlər.)
Türkiyəyə viza gərəkdirməyən bütün ölkələr Türkiyə transfer olaraq vizasız Kiprə gələ bilərlər.
Elektrik
K.K.T.C.-də elektrik voltajı 240 olub BS standardı istifadə edilir.
Saat
Şimali Kiprdə tətbiq olunan saat “Şərqi Avropa Saat Dilimi” içərisində yer almaqdadır. Bu səbəblə Şimali Kiprdə saatlar Grinviçdən (London) 2 saat daha irəlidədir. (Türkiyə ilə eyni saat istifadə edilir.)
Kiprə Necə Getmək Olar: Türkiyədən hava yolları və dəniz yolları ilə gələ bilərsiniz. Hava yolu ilə Türk Hava Yolları, Anadolu jet, Pegasus və Atlasjet ilə Kiprə gələ bilərsiniz. Taşucundan bütün il boyu, Alanyadan isə yay aylarında Girneyə səfərlər mövcuddur.
Kiprdə Nəqliyyat:
Ümumiyyətlə taksi ilə təmin edilir. Taksilərdə taksimetr tətbiq edilir. Şəhərlər arası nəqliyyat raf şəklində avtobus və servislərlə edilir. Adada çox müxtəlif marka vasitələrlə avtomobil kiralama olduqda yayılıb. Müalicəniz üçün Kiprə gəldiyinizdə nəqliyyatınız bizim tərərfimizdən qarşılanır.
Trafik:
KKTC-də trafik soldan gedir.
Telefon:
Mövcud mobl telefonlarının adada istifadə edilməsi üçün beynəlxalq istifadəyə açıq olmalıdır.
Pul Vahidi:
Rəsmi pul vahidi Yeni Türk Lirəsidir. Euro, İngiliz sterlini, Amerikan Dolları başda olmaq üzrə digər pul vahidləri də istifadə olunur.
Banklar :
Rəsmi tətillər və həftə sonu xaricində 08.00 – 12.00 və 14.00 – 16.00 arası açıqdır. Yeli Kipr banklarıyla yanaşı İş Bankı, Garanti Bankı, ING Bank, TEB Bank, HSBC kimi banklar mövcuddur. Adada kredit kart sıx istifadə olunur.
Alış veriş:
Mağaza və tükanlarda iş saatları fəsillərə görə fərqlilik göstərir. Ümumiyyətlə yay aylarında; 08.00 – 13.00 və 16.00 – 19.00 arası, qış fəslində isə 09.00 – 13.00 və 14.00 – 18.00 arası açıqdır.
Başlıca Görüləcək tarixi və turistik mərkəzlər:
Lefkoşa – Venedik Sütunu, Girne Qapısı, Selimiye Məscidi, Yeşil Hat.
Girne – Eski Liman, Girne Qalası, Bellapais Manastırı, St. Hilarion Qalası.
Mağusa – St. Barnabas Manastırı, Kertikli Hamamı, Namık Kemal Muzeyi,
Salamis Harabeleri, othello qalası, Lala Mustafa Paşa Məscidi, Karpaz.
Başlıca Ət və Balıq Restoranları:
Passport, Ambiance, Missina, 5 Mile, Archway, Niazi’s, Altınkaya, Harbour Delight, Set Fish, Lagoon Balık, Annibal, Californian, Eziç.