Tüp Bebək Müalicəniz üçün hər zaman yanınızdayıq! Sizi açaq

Mikro Çip Texnikası

Mikro Çip Texnikası

Bu günlərdə yeni inkişaf edən süni mayalanma metodları sayəsində xəstələrdə əldə olunan hamiləlik nisbətləri getdikcə artır. Mikro çipli süni mayalanma tətbiqi sayəsində sperm azlığı çəkən kişilərin, uşağa sahib olma ümidləri həyata keçirilmişdir. Amerikada inkişaf etdirilən bu yeni metod, mərkəzimizdə tətbiq edilməyə başlanmışdır. Bu metod sayəsində kişi faktöründən qaynaqlanan sonsuzluq problemlərində hamiləlik nisbətlərində əhəmiyyətli artışlar əldə olunmuşdur. Mikro Axın Çip texnologiyası sayəsində spermlərdə DNA zədələnməsi ən az olan güclü spermlər seçilərək hamiləlik yaratma ehtimalı yüksək embrionlar laboratoriyada yaradılır. Bu texnologiya geniş miqyasda bütün süni mayalanma mərkəzlərində hələ ki istifadə olunmasa da, müvəffəqiyyətli və güncəllik tibbi yeniliklərini izləyən mərkəzlər tərəfindən tətbiq edilməyə başlanmışdır. Bu metod sayəsində kişi sonsuzluğunun aradan qaldırılmasında əhəmiyyətli bir töhfə veriləcəkdir.

Mikro Çipli Süni Mayalanma Müalicəsi Necə Aparılır?

Normal yollarla yəni cinsi birləşmə yolu ilə əldə olunan hamiləliklərdə sperm hüceyrələri çox uzun bir yolculuğa çıxaraq və müxtəlif maneələri aşaraq yumurta hüceyrəsi ilə görüşür və döllənmə baş verir. İşte bu metodda anada mövcud olan bu təbii sperm baryerlərini təqlid edən mikro çiplər inkişaf etdirilmişdir. Bu sayədə süni mayalanma müalicəsi zamanı yumurta ilə birləşdiriləcək spermin ən yaxşı şəkildə seçilməsi hədəflənmişdir. Bu metodda yaradılan mikro kanallar sayəsində spermlər təbii mühitində olduğu şəkildə süzülərək ən yaxşı dölləmə qabiliyyətinə malik sağlam spermlərin seçilməsi təmin edilir. Buna görə də, ən yaxşı keyfiyyətdə embrionlar əldə edilərək hamiləlik nisbəti artırılır. Tibb sahəsinin digər sahələrində də istifadə olunan mikro çip texnologiyası, süni mayalanma müalicəsində çox mühüm bir inkişafdır.

Doğuş Süni Mayalanma Mərkəzi olaraq morfoloji olaraq sperm pozuntusu olan xəstələrimizə mikro axın çip texnologiyası istifadə edərək süni mayalanma müalicəsi etmələrini tövsiyə edirik.

Mikro çipli süni mayalanma qiyməti və müalicə detalları haqqında məlumat almaq üçün əlaqə bölməsindən bizimlə əlaqə saxlaya bilərsiniz.

Yeni Tətbiqlər

Həkimə Sor




    Geri
    WhatsApp
    Gəlin Sizə Zəng Edək
    Bizə Zəng Edin
    Instagram