Tüp Bebək Müalicəniz üçün hər zaman yanınızdayıq! Sizi açaq

PGT Testi – Preimplantasiya Genetik Diaqnoz

PGT Testi Nədir?

Tüp bebek müalicəsi zamanı sağlam embrionların seçilərək ana namizədinə köçürülməsi üçün embrionlara tətbiq olunan genetik testə PGT Testi və ya PGT üsulu deyilir. PGT-nin açıqlaması “pre-implantasiya genetik diaqnoz”dur.

Tüp Bebek Müalicəsində Pre-implantasiya Genetik Diaqnoz (PGT)

PGT ilə tüp bebek müalicəsinin uğur faizi artırılır. Preimplantasiya genetik diaqnozla klinik hamiləlik faizi yüksəldilir.

PGT sayəsində sağlam embrionlar seçilərək hamiləliyin düşük ilə nəticələnmə riski azaldılır.

Eyni zamanda PGT ilə hamiləliyin tibbi sonlandırılması ehtiyacı da azaldılır.

PGT çoxlu hamiləlik ehtimalını azaldır.

Bir neçə uğursuz tüp bebek cəhdinin maliyyə yükü və psixoloji təzyiqi azaldılır.

Preimplantasiya Genetik Diaqnoz (PGT) Necə Edilir?

PGT testi hər halda tətbiq edilmir. Ən yaxşı zamanı həkiminiz müəyyən edəcək və onun tövsiyəsi əsasında PGT testi edilə bilər. Sağlam embrionların doğru şəkildə seçilməsi üçün lazım olan addımlar:

  • Embrionlardan 3-cü gün biopsi yolu ilə ayrı-ayrılıqda 1 və ya 2 blastomer (hüceyrə) çıxarılır. Biopsi prosesi embrionlarınızda heç bir zərər yaratmaz.
  • Biopsi ilə əldə edilən blastomerlər genetik laboratoriyaya göndərilir və burada genetik test aparılır.
  • Nəticələrin çıxması 6-12 saat çəkir. Əldə olunan nəticələrə əsasən sağlam və əgər cinsiyyət seçimi arzu olunubsa, cinsiyyəti müəyyən embrionun ana namizədinə köçürülməsi üçün hesabat hazırlanır.

PGT ilə Hansı Xəstəliklər Təsbit Edilə Bilər?

Tək Gen Xəstəliklərinin Təsbiti (PGD-M)

  • Aralıq Dənizi Anemiyası (ß-talasemi)
  • Orak Hüceyrə Anemiyası
  • Spinal Əzələ Atrofiyası (SMA)
  • Anadangəlmə Eşitmə Zəifliyi – Karlıq
  • Kistik Fibroz
  • Nijmegen Sindromu
  • Leigh Sindromu
  • Pompe Xəstəliyi
  • Qalaktozemiya
  • Niemann-Pick Xəstəliyi
  • Otopalatodigital Sindromu
  • RH uyğunsuzluğu
  • MTHFR
  • Protrombin
  • Faktor V Leiden
  • Xromosom Xəstəlikləri
  • Daun Sindromu
  • Edwards Sindromu
  • Patau Sindromu
  • Klinefelter Sindromu
  • Turner Sindromu
  • Doku Uyğunluq Testləri
  • HLA Tipləməsi

Genetik

Həkimə Sor




    Geri
    WhatsApp
    Gəlin Sizə Zəng Edək
    Bizə Zəng Edin
    Instagram